İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalıda tapılanlar erməniləri də heyrətə saldı -ŞOK FOTO

19-20 sentyabr tarixlərində Ordumuzun keçirdiyi antiterror tədbirlərindən sonra Xocalıda ərzaq anbarları tapılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Bez tormozov” teleqram kanalı foto paylaşıb.

Bildirilib ki, Xocalıdakı anbardan kisələrlə erməni istehsalı un tapılıb.

Qarabağın müxtəlif ərazilərində ərzaq anbarlarının olduğunu, lakin keçmiş separatçı rejimin aclıq şousu yaratmaq üçün onları gizlətdiyi deyilir. Sözügedən fotonu teleqramda paylaşan ermənilər orada ikən qarğıdalı ununa möhtac qaldıqlarını, əslində isə anbarların dolu olduğunu yazıblar.

Bu, keçmiş separatçı rejimin Qarabağdakı erməniləri girovluqda saxladığının növbəti sübutudur.

unn.jpg (75 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR