Onlayn ictimai-siyasi qəzet
“Fərqli formatlarla işləyirik. Altılıq formatına gəldikdə isə, tərəflər kommunikasiya xətlərinin açılması prosesində maraqlıdırlar. Zəngəzur dəhlizindən Azərbaycan və Ermənistan da faydalanacaq. Həmin dəhliz işə salınarsa, 6 ölkə üçün faydalı olacaq”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində deyib.
“Bəziləri Gürcüstanın bundan kənar qalacağını deyir. Lakin bu, doğru deyil, Gürcüstan da dəhlizdən istifadə edə biləcək. Zəngəzur dəhlizi həyata keçsə, Gürcüstanın bağlı olmadığı İranla birgə dəmir yolu xətti açıqlacaq”, - nazir vurğulayıb.
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ