İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Baş katibinin birinci müavini: "COP29 iddiaları və öhdəlikləri real nəticələrə çevrilməlidir"

Temperaturun 1,5 dərəcədən çox artmasına imkan verməməliyik və bunun üçün düzgün addımlar atırıq. Paris Sazişi ilə 4 dərəcə artım limitinə razılaşmışdıq, lakin keçən il Dubayda bu, 1,5 dərəcə ilə məhdudlaşdırıldı. Mədən enerjisindən keçid bu mərhələdə çox vacibdir.

Musavat.com xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin birinci müavini Amina Mohammed Pre-COP tədbirində çıxışı zamanı bildirib.

BMT rəsmisi əlavə edib: "Beynəlxalq maliyyə institutlarının və inkişaf etməkdə olan ölkələrin səsini eşitməliyik. Hazırda böyük maliyyə boşluğu mövcuddur. COP29 iddiaları və öhdəlikləri real nəticələrə çevrilməlidir. Temperatur artımını 1,5 dərəcədə saxlamağı bacarmalıyıq. Yeni məqsədlər iqlim maliyyəsinə yeni yanaşma formalaşdırmağa şərait yaradır və bu, həmçinin inkişaf etməkdə olan ölkələrin üzləşdiyi çətinliklərin həllinə kömək edəcək. Yeni maliyyə mənbələrinin tapılması vacibdir".

Amina Mohammed vurğulayıb ki, ölkələr mədən enerjisindən ədalətli keçidi təmin etməlidirlər:

"Düşünürük ki, COP29 iddiaların uzlaşmasını ifadə etməli və konkret nəticələr ortaya qoymalıdır. COP29-da ədalət təmin edilməlidir və heç bir ölkə bu prosesdən kənarda qalmamalıdır. BMT bu istiqamətdə dəstəyə hazırdır".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR