Onlayn ictimai-siyasi qəzet
İsrailin Hərbi Hava Qüvvələri bu gecə saat 01:00 radələrində Suriyada İranın avtomobil zavoduna zərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələri Suriyanın Homs əyalətinin Hesya sənaye bölgəsindəki İranın “Saba” maşınqayırma zavoduna hücum edib.
Məlumata görə, İsrailin əsas hədəfi İranın avtomobil zavodu və Suriyanın hava hücumundan müdafiə sistemləri olub.
Hücumdan sonra ərazidə yanğın baş verib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ