İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN: Azərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq

Azərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" sosial hesabında Almaniya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə cavabında qeyd edib.

A.Hacızadə Almaniya XİN-in Qarabağ bölgəsini "dağlıq" adlandırmasına da qarşı çıxıb.

"Ermənistan 30 il işğalçılıq siyasəti yürüdüb, bölgəni "boz zona"ya çevirib. Azərbaycan öz erməni sakinlərini qorumaq və reinteqrasiya etməkdə qətiyyətlidir və qadirdir. Artıq BMT-nin müvafiq qurumları humanitar fəaliyyət və tərksilah prosesi ilə tanış olmaq üçün Qarabağ bölgəsinə səfərə dəvət edilib", - XİN rəsmisi yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR