Onlayn ictimai-siyasi qəzet
4 iyul saat 00:01 radələrində Xəzər dənizində baş vermiş zəlzələ 5,5 bal gücündə zəlzələ baş verib.
Zəlzələ Xəzər dənizində hərəkət edən gəmilərin hərəkətinə necə təsir edib?
Məsələ ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) “Trend”in sorğusuna cavab olaraq verilən məlumata görə, gəmilərinin hərəkətində heç bir problem yaranmayıb.
“Gəmilər adi qaydada fəaliyyətlərini davam etdirirlər”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, gecə saatlarında Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 4-5 bal, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ