İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəyyam Nisanovdan İsraillə bağlı paylaşım - FOTO

Əməkdar artist Xəyyam Nisanov ötən həftədən "HƏMAS"ın hücumuna məruz qalan İsraillə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, sənətçi İraildə gedən döyüşlərdə 40-dan çox körpənin həlak olduğunu qeyd edib.

Nisanov şəxsi hesabındakı paylaşımında İsrailin yanında olduğunu bildirərək ona dəstəyini ifadə edib.

O döyüşlərdə dünyasını dəyişən azərbaycanəsilli İsrail vətəndaşlarının şəkilini də yayımlayaraq Allahdan onlara rəhmət diləyib. 

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ümumilikdə ölənlərin sayı 1 200-ü keçib, 2 500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR