Onlayn ictimai-siyasi qəzet
Rusiya bir gecədə Ukraynaya qarşı 300-dən çox pilotsuz uçan aparat və 37 drondan istifadə edib. Hücum zamanı Vinnitsa, Sumı və Poltava vilayətlərində infrastruktur zədələnib.
Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" səhifəsində yazıb.
Onun sözlərinə görə, Çerniqov vilayətində Njejin şəhərinə hücum edilib. Nəticədə poçt binası zədələnib, bir nəfər yaralanıb.
Xarkov vilayətində kritik infrastruktur və Fövqəladə Hallar Xidmətinin bir hissəsinə zərbə endirilib. Yaralananlar var.
“Hazırda bərpa işləri davam edir. Xidmətlər fəaliyyət göstərir. Ruslar ikili terror siyasəti aparır, həm “Şahed” dronları ilə, həm də kaset tipli sursatlarla vururlar, bərpa işləri ilə məşğul olan yanğınsöndürənləri və enerji işçilərini hədəfə alırlar”, - Zelenski qeyd edib.
Musavat.com
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ