İnsanlara hürriyət, millətlərə istiqlal!

Vamiq Məmmədəliyev: “Ürəyimdə səhərə kimi onunla danışmışam”  

Bu gün Xalq artisti, tarzən Ramiz Quliyevlə vida mərasimi keçirilir.

Musavat.com xəbər verir ki, mərasimdə çıxış edən Xalq artisti, professor Vamiq Məmmədəliyev sənətkarla bağlı xatirələrini bölüşüb.

O, Ramiz Quliyevin Azərbaycan musiqisinə və sənətinə böyük töhfələr verdiyini vurğulayıb:

“Çox ağır gündür. Amma nə etmək olar ki, Allahın hökmü ilə barışmaq lazımdır. Biz Ramiz müəllimlə yaxın idik, birgə çalışmışdıq. Onun çox müsbət keyfiyyətləri var idi. O, korifeylərlə işləyirdi”.

Professor bildirib ki, Ramiz Quliyev ömrünü tarda ifaya həsr etmiş sənətkar idi:

“60 ildən çox tarı sevdi, ifa etdi. Onun çox güclü yaddaşı, iti zehni var idi. Bütün musiqiləri əzbər bilirdi – bu, hər kişinin işi deyil”.

Vamiq Məmmədəliyev həmçinin sənətkarın insan kimi də örnək bir şəxsiyyət olduğunu deyib:

“İnsan kimi də gözəl idi, yola çıxmalı adam idi. Qardaşım Vasimlə də çox yaxın idilər. Həyat budur, bilmək olmur. O gün olsun Ramiz müəllimin nəvələrinin xeyir işlərinə gedək”.

Professor çıxışının sonunda kədərlə qeyd edib:

“Gecə səhərə kimi Ramiz müəllimlə ürəyimdə danışmışam. Onu heç vaxt unutmaq mümkün deyil”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR