İnsanlara hürriyət, millətlərə istiqlal!

Xerson atəşə tutulub, 3 nəfər öldü - ruslar təşvişə düşüb QAÇIRLAR - Fuad Abbasovla CANLIda

Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətindəki yaşayış məntəqələrini 26 dəfə atəşə tutub. Bu barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb. O bildirib ki, hücum minaatanlar, artilleriya və PUA-larla həyata keçirilib. Nəticədə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Kinburnda daşqın ciddi deyildi, buna görə də rus hərbi qrupuna həlledici təsir göstərmədi. Bunu Ukrayna Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib. "Onlar kritik dəyişikliklərə getməyiblər, oradakı daşqınlar ciddi deyildi, bu, yerləşdirməyə təsir göstərməyib", - o bildirib.

Qumenyukun sözlərinə görə, suyun səviyyəsi qalxdıqdan sonra ruslar təşvişə düşüb və hətta təxliyə üçün helikopterlərlə getməyə cəhd ediblər:

"Lakin su çəkildikdən sonra rus işğalçılar öz mövqelərinə və dinc əhalini atəşə tutmaq taktikasına qayıtdılar”

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində tanınmış jurnalist Fuad Abbasovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR