Onlayn ictimai-siyasi qəzet
Xərçəng xəstəliyinə qalib gələn tanınmış telejurnalist Afət Rahilqızı səhhəti ilə bağlı Musavat.com-a açıqlama verib.
Aparıcı bildirib ki, özünü yaxşı hiss edir:
“Zənginiz üçün təşəkkür edirəm. Analizin cavabı çıxdı. Sözün düzü, kimyaterapiyadan qorxurdum. Konsilium oldu, qərara gəldilər ki, kimyaterapiyaya ehtiyac yoxdur. Dərman və şüa yazıblar. 3 aydan bir isə yoxlanış olacaq. Şükrlər olsun, etdiyim dualar qəbul oldu. 4-cü gündən işə qayıtmışam. Ancaq hələ ki, anonslara, qonaqlara kömək edirəm. Passiv otura bilmərəm”.
Qeyd edək ki, Afət Rahilqızı ilk dəfə yaşadığı çətin dövr haqda efirdə danışıb.
Aytən Novruz
Musavat.com
27 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ