İnsanlara hürriyət, millətlərə istiqlal!

Xavi "Barselona"dan getmək qərarı verdi

İspaniyanın "Barselona" futbol komandasının baş məşqçisi Xavi mövsüm başa çatdıqdan sonra postunu tərk etməyi planlaşdırdığını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə komandasının “Vilyareal” futbol klubu ilə oyunda məğlubiyyətindən sonra mətbuat konfransı zamanı bildirib.

Xavi iyunun 30-da istefa verəcəyini açıqlayıb. Qərar “Barselona”nın prezidenti Joan Laporta, həmçinin idman komissiyasının üzvləri və klub əməkdaşları ilə söhbətdən sonra qəbul edilib.

Xavinin fikrincə, “Barselona”dakı hazırkı vəziyyət yeni kurs tələb edir. Klubun "dinamik dəyişikliyə ehtiyacı var" deyə məşqçi vurğulayıb.

"Barselona" yanvarın 27-də İspaniya çempionatının 22-ci turunun matçında "Vilyareal"a 3:5 hesabı ilə uduzub. Xavinin komandası növbəti dəfə “Osasuna” komandası ilə qarşılaşacaq. Matç yanvarın 31-də baş tutacaq.

Daha əvvəl “Barselona” rəhbərliyinin külli miqdarda rüşvətdə ittiham olunduğu bildirilirdi. Kataloniya prokurorluğu kluba qarşı üç ittiham irəli sürür, Futbol hakimlərinin texniki komitəsinin keçmiş vitse-prezidenti isə komandanı hədələyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR