İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarkova KASSETLI BOMBA, Nikolayevə DRON HÜCUMU, hərbi aerodromda PARTLAYIŞ – yer-göy DAĞILIR

Rusiya ordusu bu gün səhər Ukraynanın Xarkov vilayətinə raket hücumu həyata keçirib, nəticədə bir nəfər ölüb, daha 26 nəfər yaralanıb.

Teleqraf "unian.net"ə istinadla xəbər verir ki, ruslar Osnovyanski rayonunda çoxmənzilli yaşayış binalarını vurublar.

Bildirilir ki, hücum kaset mərmili raketlərlə həyata keçirilib.

Dağıntılar altında insanların qaldığı güman edilir.

Hadisə yerində xilasetmə işləri aparılır.

Aprelin 17-də axşam saatlarında Rusiya ordusu naməlum tipli pilotsuz təyyarə ilə Ukraynanın Nikolayev vilayətinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim məlumat verib:

"Tələfat yoxdur. Hadisə yerində baş vermiş yanğının artıq söndürüldüyünü bildirib".

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatında “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR