İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarkova 17 kilometr, Zelenskinin bir yolu qaldı

 

Rusiya ordusu Donetskin vacib Selidovo şəhərini də ələ keçirdi.

Selidovun işğalından sonra rus ordusunun Ukraynada cəbhəboyu vəziyyəti bu mənzərə daha aydın göstərir:

Kupyansk - 6 km,
Xarkov – 17 km,
Kramatorsk - 19 km,
Slavyansk - 28 km,
Zaporojye - 29 km,
Sumı - 48 km,
Odessa - 58 km,
Nikolaev - 73 km,
Pavloqrad - 103 km,
Dnepropetrovsk - 181 km,
Poltava - 250 km,
Kiyev - 350 km...

Desəm ki, Zelenskiyə düşdüyü ağır duruma görə yazığım gəlir, səmimi olmaz. Çünki dünya güclərinin bu savaşı onun prezidentliyi dönəmində başlamasına da, Ukraynaya sağalması çətin olacaq yaralar vurulmasına da məhz o razılıq verib.

cd83133dd0fd8381d3e98744c955f084.jpg (106 KB)

Zelenski ağılsız adam deyil, onun hazırcavablığı, adamı düşündürən kəskin siyasi yumorları vardı, səhnə bacarığına, onu izləyən yüzlərlə tamaşaçını ələ almaq, eləcə də ələ salmaq bacarığına  şübhə ola bilməzdi. Amma baş rolunda oynadığı “Xalqın xidmətçisi” adlı serialda yaratdığı tarix müəllimi obrazı  prezident olmaq zorunda qala bilərdi, bu, necə deyərlər, kino idi. Zelenskinin  bacara bilməyəcəyi işi üzərinə götürmək  məcburiyyəti vardımı?

257057.jpg (88 KB)


Bu ssenarini hansı mərkəzlər yazmışdı? Onun siyasətdə triumfu təsadüf ola bilərdimi? Məndə bu suallar 5 il əvvəl də vardı, indi də var… “Xalqın xidmətçisi” adlı partiya yaradanda  bunun zarafat olduğunu düşünmək olardı, prezidentliyə namizədliyini irəli sürəndə də... 2009-cu ilə dəqiqələr qalarkən bədii rəhbəri(“xudruk”) olduğu məşhur “Kvartal 95”in studiyasından Zelenski canlı yayıma çıxdığını ukraynalılar unutmayıb. O, məşhur  çıxışında prezident seçkilərinə 4 ay qalmış ukraynalıların üç yolu olduğunu deyibmiş. Birincisi, əvvəlki kimi yaşamaqdır.  

6d5f27f2db3eeac0b66256185aa03b77.jpg (150 KB)

İkincisi, əşyalarını yığıb xaricə getməkdir. Üçüncüsü, ölkədəki vəziyyəti özlərinin dəyişdirməyə çalışmaqdır... Zelenski oradan elan edib ki,o, üçüncü yolu seçir, apreldə prezident seçkisində də namizəd olacaq. Ukraynalılar bunun aktyorun növbəti zarafatı olduğunu düşünüblər. Amma hər şey qısa zamanda gerçək oldu və prezident seçkisinin ikinci turunda Zelenski oliqarx  Poroşenkoya əzici üstünlüklə qalib gəldi (73 faizlə). Bu, Ukrayna xalqının seçimi idi, bunu nə o zaman, nə indi kimsə mübahisələndirə bilməz. Amma xalq ona boğaza yığıldıqları korrupsiyanın kökünü kəsmək, əhalinin güzaranını yaxşılaşdırmaq, ən əsası ölkənin şərqində sülh yaratmaq üçün prezident seçmişdi.

 

putin_293.jpg (277 KB)

 

Rusiya prezidentinin bu savaşa hazırlığı yəqin vardı, amma tarix məhz 2022-ci ilin 24 fevralı olmaya da bilərdi. Ukraynanın cənubunda separatizmi körükləyən də, silahlandıran da əlbəttə, Rusiya idi. 2014-də  Krımı da referendumla öz ərazisinə qatmışdı. Putinin kumiri iddia etdikləri kimi  Pyotr ola bilərdi, amma dəli də deyildi ki, müharibədən müharibəyə girsin. Putin son olaraq BRİCS öncəki mətbuat konfransında Qərbin savaşı necə başlatdığı haqda növbəti dəfə təkrar etdikləri, təəssüf ki, doğrudur. Rusiya qulağının dibində yeni NATO ölkəsi, həm də “özündən birini” istəmirdi. Deyirdi ki, istərsiz, Rusiya Ukraynanın təhlükəsizliyinə qarantiya versin, istəsəz kollektiv sənəd imzalansın və  Ukrayna neytral ölkə statusu alsın.Bütün bunlar Putinin uydurması deyil, açıq mənbələrdə var. Qərb isə danışıqlarda qəsdən sayğısızlıq etdi, NATO isə ümumiyyətlə, özünü “lotu oğlan” yerinə qoydu: “Kimsə Ukraynanın hansısa bloka qoşulmasına qarşı ola bilməz...” Bu fəlakət ssenarisini həmin zaman yalnız bir adamın pozmaq gücü vardı- Zelenskinin. O, Qərbin “leş qarğalarının” Ukrayna üzərində həvəslə “uçuşduqlarını” yaxşı görür və dərk edirdi. Bəlkə də onu nələrləsə şantaj edirdilər, amma oyundan çəkilməyəcək qədər Qərbə “kəndirlənmişdisə” belə, manevr imkanları  qalırdı. Bu manevrlərlə ölkənin şərqini Ukraynanın ən azı hüquqi nəzarətinə qaytarmaq da (Minsk razılaşması bunu nəzərdə tuturdu) olardı, referendum keçirmək də.

Putin də gördü ki, nəinki oyun qaydaları pozulur, hətta ölkəsi təhlükə altında  qala bilər, bu cür riskli qərara imza atdı, Ukraynadakı qondarma qurumları rəsmən tanıdı,  oraya qoşun yeritdi, beləcə Qərb istədiyinə nail oldu. Bu istəklərin səbəbləri haqda çox danışmışıq, təkrara ehtiyac yoxdur. Bu savaşda Rusiyanın strateji məğlubiyyəti əvvəldən də söz oyunu idi, indi daha Qərbdə bunu yada salmırlar da. Bu savaşın başlaması Qərbin həm də  səhv hesablaması idi, ona görə indi ABŞ da uduzur, Avropa İtfifaqı da, NATO da, Ukrayna da, elə cəbhədə irəliləyən Rusiya da…

Screenshot_2.png (882 KB)

Rusiya heç vaxt bu torpaqlarda xoşbəxt ola bilməyəcək, əksinə gələcək nəslə problem kimi qalacaq. Krım 10 ildir Rusiyanın sahilidir, unudan varmı? Yaponiya ilə müharibəyə səbəb olan adalar necə, yaddan çıxıbmı? Eləcə də Novorossiya desən də,  dünyada həmişə  işğal faktı kimi qalacaq. Amma Putin özünü inandırıb ki, ona başqa seçim qoymadıqları üçün bu savaşa qatılıb. Strateji nüvə silahında istifadə edə biləcəyini oktyabrın 29-da rəhbərlik etdiyin təlimlə göstərdi də.

Zelenski isə elə etdi ki, 2019-cu ilin astanasında xalqa dediyi üç çıxış yolu çoxdan başa çatan prezidentliyi dönəmində gerçək oldu. Doğurdan da, Ukrayna xalqı daha  əvvəlki kimi yaşamır, milyonlar əşyalarını yığıb  xaricə getmək məcburiyyətində qalıb, nəhayət indi nə qədər çalışırlarsa, vəziyyəti dəyişdirə bilmirlər…

Bəs, Zelenskinin özünün  neçə çıxış yolu qaldı? Mən ancaq  birini bilirəm…

 

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR