Onlayn ictimai-siyasi qəzet
Baş nazir Nikol Paşinyanın son mətbuat konfransının əsas məqsədi onun ABŞ və Türkiyəyə Ermənistan ərazisindən koridor verməyə hazır olduğunu ictimai şəkildə etiraf etməsi olub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Beniamin Matevosyan son yazısında bildirib.
Erməni politoloqa görə, bu koridor indi "autsorsinq" kimi təqdim edilsə də, mahiyyətcə dövlət suverenliyinin məhdudlaşdırılmasını nəzərdə tutur.
Matevosyan vurğulayır ki, bu yanaşma Rusiya prezidenti Vladimir Putinin 2020-ci ildəki müharibəni dayandırmaq və Paşinyanı noyabrın 9-da sənədi efirdən kənar imzalamağa razı salmaq siyasətindən fərqlənir. O bildirir ki, Paşinyan bu sənədin müddəalarına daim əməl edəcəyini heç vaxt açıq deməyib.
Matevosyana görə, bu prosesdən dərs alan Ankara, Bakı və Vaşinqton indi Paşinyanı bütün razılaşmaları ictimaiyyət qarşısında təsdiqləməyə məcbur edir. Bu isə yeni geosiyasi mərhələnin göstəricisidir və Paşinyanın siyasətində Qərb və Türkiyə tələblərinin artan təsirindən xəbər verir.
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ