İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiyada Rusiya vətəndaşlarının daşınmaz əmlak alması qadağan edildi

İllərdir Rusiya ilə Finlandiyanı birləşdirən daha bir ip qırılıb: Finlandiyada Rusiya və Belarus vətəndaşlarına bu ölkədə daşınmaz əmlak almağı qadağan edən qanun qüvvəyə minib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu qanunun qəbulunda israrlı olan müdafiə naziri Antti Hakkänen bu münasibətlə ölkə vətəndaşlarına bir növ təbrik edib.

Əvvəllər Rusiya ilə iqtisadi və mədəni əlaqələrin genişləndirilməsinə son dərəcə maraqlı olan finlər 2022-ci ilin fevral ayının sonundan etibarən şərq qonşusu ilə öz aralarına “dəmir pərdə” çəkir, bunu investisiya mənbəyi kimi yox, öz təhlükəsizliklərinə təhdid kimi görürlər.

Finlandiyanın milli təhlükəsizliyini təhdid edən ölkələrin vətəndaşlarına Finlandiya daşınmaz əmlakı almağı qadağan edən qanun yerli parlamenti tərəfindən hələ aprel ayında qəbul edilib. Onun qüvvəyə minməsi üçün 3 ay vaxt verilmişdi: daşınmaz əmlak təşkilatları artıq razılaşdırılmış alqı-satqı müqavilələrinə xitam verməli idilər.

Beləliklə, iyulun 15-də Finlandiyanın daşınmaz əmlak bazarı ruslar üçün bağlanıb. "Mən çox şadam ki, bu qanun nəhayət qəbul edilib və qüvvəyə minir. Söhbət Finlandiyanın təhlükəsizliyinin gücləndirilməsi və müxtəlif təzyiq formalarına hazırlığından gedir", - Häkkänen sosial şəbəkədə bu məsələ ilə bağlı yazıb.

Qadağa yalnız Finlandiyada yaşamayan vətəndaşlara və Rusiya və Belarusda qeydiyyatdan keçmiş hüquqi şəxslərə şamil edilir. Bundan əlavə, Finlandiyada "daşınmaz əmlak" termini çoxmənzilli binalardakı mənzilləri deyil, yalnız torpaq sahələrini ifadə edir.

Qanunun müddəaları ikili Fin-Rusiya və ya Finlandiya-Belarus vətəndaşlığı olan şəxslərə və ya Finlandiyada yaşayış icazəsi olan şəxslərə şamil edilmir. Onlar xüsusi icazə ilə daşınmaz əmlak ala bilərlər. Beləliklə, rusların Finlandiyada ev alması üçün qanuni boşluqlar hələ də qalmaqdadır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR