İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda məhəllə sakinləri üsyana qalxıb, yol kəsib

İyulun 17-də Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası təşkil edən İrəvanın Vardaşen rayonunda yerləşən yataqxanaların sakinləri bitişik küçəni bağlayıblar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onlar icradan qəzalı evlərdən təmizlənmələrini, yeni mənzillərlə təmin olunmalarını tələb ediblər.

Etirazçılar baş nazirlə görüş tələb etdiklərini bildiriblər. Aksiya iştirakçılarından biri "Vicdanın varsa, düşün”,-deyə Paşinyana müraciət edib.

Qeyd edək ki, uşaq, qoca və əlil olmaqla 182 ailə qəzalı evlərdə yaşayır. Onların bir çoxu daim rütubətli şəraitə məruz qaldıqları üçün xroniki xəstəliklərə məruz qaldıqlarını söyləyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR