İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə casus şəbəkəsi ifşa edildi: 12 günlük müharibədə...

Fransanın "Le Monde" nəşri yazır ki, İsrailin təhlükəsizlik orqanları ölkə daxilində İrana bağlı casus şəbəkəsini üzə çıxarıb.

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, son həftələrdə, hamısı yəhudi mənşəli olan onlarla İsrail vətəndaşı, İranın xeyrinə casusluqda ittiham edilərək saxlanılıb.

Məlumata görə, bu şəxslər İsrailin hərbi bazaları və elmi mərkəzləri barədə məlumatları Tehran tərəfinə ötürüb. Şübhələr var ki, 12 günlük İsrail-İran müharibəsi zamanı endirilən dəqiq raket zərbələrinin hədəfləri də bu məlumatlar əsasında seçilib.

İsrailin Daxili Təhlükəsizlik Xidməti (Şin Bet) və polis tərəfindən aparılan araşdırmalar davam edir. Təhlükəsizlik orqanları İsrail daxilində daha dərin casus şəbəkələrinin ola biləcəyindən narahatdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR