İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici valyutanı Azərbaycanda dəyişdirmək istəyənlərə VACİB XƏBƏR VAR - Qərar DƏYİŞDİ

“Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması”nın, “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”in və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası” təsdiq edilib. Bununla bağlı ötən gün Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qərar imzalayıb.

Bəs yeni qərarın mahiyyəti nə olacaq?

Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a bildirib ki, bundan sonra valyutanın dəyişdirilməsi qaydalarına bir sıra dəyişikliklər edilib:

“Valyuta dəyişdirmə məntəqələri yaradılacaq və həmin valyuta mübadilə məntəqələrində valyutanın dəyişdirilməsi qaydaları müəyyənləşdirilib. Yeni qaydaya əsasən 500 dollara qədər pul dəyişimi zamanı şəxsiyyət vəsiqəsi tələb olunmur, amma bu o demək deyil ki, şəxsiyyət idendifikasiya olunmayacaq. Çünki orada digər məhdudiyyətlər də var. Yəni şəxsiyyət vəsiqənizin üzərinizdə olması şərt deyil, amma şəxsiyyəti təsdiq etmək şərtdir. Bunun hansı qaydada olacağını isə irəliləyən zamanda görə biləcəyik. 500 dollardan yuxarı məbləğlərdə isə şəxsiyyət vəsiqəsi tələb olunacaq”.

Ekspert qeyd edib ki, vətəndaşlar bir günə maksimum 20 min manat dəyişə bilər, eyni zamanda da bir il müddətində 20 min manatdan çox məbləğ dəyişəndə Valyuta mübadiləsi məntəqəsinə icazə veriləcək ki, sənin haqqında daha ətraflı məlumat alsın. Onun sözlərinə görə, yeni qərar faktiki olaraq valyuta dəyişiminə hər hansısa bir məhdudiyyət qoymur: “20 min manata qədər illik dəyişimə icazə verir. 20 min manatdan sonra sənin gəlirlərinin mənbəyini tələb edir. Maksimal olaraq il ərzində 20 min manatlıq tələb qoyulub. Əslində həmin məbləğdən də yuxarı dəyişə bilərsən, sadəcə bundan sonra artıq gəlirlərini təsdiq etməlisən”.

Valyuta mübadiləsi məntəqələrində yalnız nağd satışa icazə verilib. Burada köçürmə etmək mümkün olmayacaq. Şirkətlər həmin Valyuta mübadilə məntəqələrində pul dəyişə bilməzlər. Valyuta mübadiləsi məntəqələrinin məqsədi nağd valyuta satışını təşkili və vətəndaşlara xidmətdir – deyə Xalid Kərimli əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR