Onlayn ictimai-siyasi qəzet
Rusiya üç “MiQ-31” döyüş təyyarəsi Vaindloo adası yaxınlığında Estoniya hava məkanına icazəsiz daxil olaraq orada təxminən 12 dəqiqə qalıb.
Musavat.com xəbər verir ki, Reuters Avropa və NATO mənbələrinə istinadən bildirib ki, təyyarələrin uçuş planı olmayıb, transponderləri söndürülüb və Estoniya hava nəzarəti ilə ikitərəfli radio əlaqəsi olmayıb.
Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağıraraq hava məkanının pozulması ilə bağlı etirazını diplomatik nota şəklində təqdim edib.
Musavat.com
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ