İnsanlara hürriyət, millətlərə istiqlal!

Tomskdan səfərbər olunanların DƏHŞƏTLİ TALEYİ 

2022-ci ilin payızında Ukraynaya göndərilən Tomsk vilayətinin 2153 sakininin ən azı 522-si 3 il ərzində həlak olub, itkin düşüb və ya yaralanıb.

Musavat.com xəbər verir ki, bu siyahı regionun sosial müdafiə departamentinin daxili sənədləri əsasında dəqiqləşdirilib.

Məlumata görə, səfərbər olunanların azı 11%-i həyatını itirib, onlardan dörddə biri müharibənin ilk ilində öldürülüb. İlk itkilər mobilizasiyanın başlanmasından 32 gün sonra qeydə alınıb. Həlak olanların arasında 21-ci ayrı motoatıcı briqadanın (hərbi hissə 12128) altı əsgəri də var. Onların silahdaşı bildirib ki, döyüşçülər Luqansk vilayətinin Çervonopopovka kəndindəki mədəniyyət evində yerləşdirilib və gecə Ukrayna ordusu obyektə HIMARS ilə zərbə endirib.

Araşdırmaya görə, Tomsk vilayətindən səfərbər olunanların ən azı 13%-i müxtəlif dərəcəli xəsarət alıb. Üç il ərzində yaralanan 289 nəfərdən 18-i sonradan cəbhədə ölüb. Ən çox hospitalizasiya halları qəlpə və ya güllə yaraları ilə bağlı olub.

Qeyd edilir ki, ön cəbhədə ayaq və ya əlini itirən 9 döyüşçüyə “yüngül” və ya “orta” dərəcəli zədə statusu verilib. Məqsəd yüksək kompensasiyaların qarşısını almaq və onları daha tez bir zamanda yenidən cəbhəyə göndərmək olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR