İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist deputat Köçəryanın partiyasından çıxdı  

Ermənistan parlamentinin deputatı Areqnaz Manukyan mandatından imtina etdiyini bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, qərarını Andranik Tevanyanın rəhbərlik etdiyi və partiya kimi qeydiyyatdan keçmək üçün müraciət etmiş “Ana Ermənistan” hərəkatına qoşulmaqla əsaslandırıb.

Qeyd edək ki, Areqnaz Manukyan Robert Köçəryana yaxın “Ermənistan” blokundan deputat seçilmişdi.

Manukyan bildirib ki, hərəkatın ideyalarını tam dəstəkləyir və orada çoxlu dostları var.

Qeyd edək ki, həmin partiya rusiyayönümlü sayılır. Partiyanın lideri Andranik Tevanyan hətta qanunsuz olaraq Ukraynanın işğal olunmuş torpaqlarına baş çəkib. Bundan başqa, Tevanyan Azərbaycana qarşı düşmən və revanşist mövqeyi ilə tanınır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR