Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Alim Qasımov maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Sənətçi cavan vaxtlarında həm yoldaşına, həm də anasına rüşvət verdiyini açıqlayıb.
O, nə qədər rüşvət versə də, xeyri olmadığını deyib:
"Cavanlqda anamla xanımıma mehriban olsunlar deyə pul verirdim, amma olmadı. Söz-söhbət bütün evlərdə olur. İnsan naşükürdür. Həm də biz cavan idik. Elə bil anamgil evcik-evcik oynayırdıq. Elə oynaya-oynaya gəlib bu yaşa çıxdıq".
Qeyd edək ki, Xalq artisti bu barədə "Rəngarəng" verilişində danışıb.
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ