Onlayn ictimai-siyasi qəzet
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, Simonyanın göyərtəsində olduğu təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Onun 19-21 sentyabr tarixləri arasında Bakıda olacağı qeyd edilir.
Musavat.com
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ