Onlayn ictimai-siyasi qəzet
Azərbaycan yığması İslandiya səfərindən ağır məğlubiyyətlə qayıdır
Musavat.com xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda baş tutan İslandiya – Azərbaycan qarşılaşması millimizin böyükhesablı məğlubiyyəti ilə yekunlaşıb.
Reykyavikdə yerləşən "Lauqardalsvöllur" stadionunda keçirilən oyun 5:0 hesabı ilə islandların xeyrinə nəticələnib.
Qarşılaşmada meydan sahiblərinin qollarını Viktor Palsson (45+2-ci dəq.), İsak Berqmann Yohannesson (47 və 56-cı dəq.), Albert Qudmundsson (63-cü dəq.) və Kristian Hlinisson (73-cü dəq.) vurublar.
Azərbaycan yığması bu nəticə ilə qrupdakı mövqeyini daha da çətinləşdirib. Millimiz növbəti görüşünü sentyabrın 9-da Bakıda Ukrayna millisinə qarşı keçirəcək. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq.
Musavat.com
06 Sentyabr 2025
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ