İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə ölən ermənini ailəsi Ermənistanda dəfn etmək istəyir

 

Oktyabrın 20-də Xankəndidə öz əcəli ilə ölən 70 yaşlı Vera Aqasyanın yaxınları Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etməyə hazırlaşır.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Vera Aqasyanın 32 yaşlı qızının yerli mətbuata dediyinə görə, yaşlı qadının dörd övladı olsa da, heç kim onu Ermənistana getməyə razı sala bilməyib.

“Anam kənddə yaşayırdı. Müharibə zamanı üç azyaşlı uşağımla Ermənistana köçdüm, anamın orada qaldığını bilmirdim. Sonra mən daim onu Ermənistana gəlməyə inandırmağa çalışdım, amma istəmədi. Anamın psixi problemləri var idi. Dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də əlaqə saxladım, amma dedilər ki, zorla gətirə bilməyəcəklər. Və son altı ayda anamla danışmaq imkanı olmayıb. Onun xəstə olduğunu heç bilmirdim. Bir neçə gün əvvəl onun ölümündən xəbər tutdum. Mən BQXK ilə əlaqə saxlayacağam ki, anamın cəsədi Ermənistana gətirilsin və biz onu burada dəfn edək”, – deyə qadın bildirib.

BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni “Ermənistan xəbərləri”nin  müxbiri ilə söhbətində təşkilatın mərhumun ailəsi ilə əlaqə saxladığını və müvafiq addımlarla əlaqədar hər cür köməklik göstərməyə hazır olduğunu deyib.

Qeyd edək ki, erməni milliyyətindən olan və Xankəndidə təhlükəsiz şəraitdə yaşayan 70 yaşlı qadının ölüm səbəbi kimi ağciyər trombozu nəticəsində inkişaf edən kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu qoyulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR