İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail “Hizbullah”ın Livandakı hərbi kompleksinin komandirini öldürüb

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah” hərəkatının “Məcdal Zun” hərbi kompleksinin komandirini öldürüb.

“Report” xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Haniyə bölgəsində yerləşən “Məcdəl Zun” kompleksinə zərbə endirib və “Hizbullah” komandirini öldürüb”, - məlumatda deyilir.

Xatırladaq ki, İsrail ordusu bir il davam edən silahlı eskalasiyadan sonra 2024-cü ilin noyabrında Livanla əldə olunan atəşkəs razılaşmasına uyğun olaraq bu ilin fevralında Livanın cənubundan ordusunun çıxarılmasını başa çatdırıb. İsrail ordusu ancaq Livanın cənubundakı beş strateji mövqedə qalıb və bunu təhlükəsizlik nəzarəti maraqları ilə izah edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR