Onlayn ictimai-siyasi qəzet
“Qızılın unsiyasının 2800-3000 dollar olması çoxdan gözlənilirdi. Yəni 1800-2000 dollar olarkən, hətta bu, gecikmiş bir qiymət artımı idi. 3-4 il ərzində İTF (electronic traded fund) vasitəsi ilə qiymət artımını saxlamışdılar. Gecikmə nəticəsində sonrakı qiymət artımı daha sürətli oldu. Qızıl 4 ildə gedəcəyi yolu 5-6 ayda getdi”.
Bunu "Yeni Sabah"a iqtisadçı Elman Sadıqov bildirib.
O qeyd edib ki, bir sıra geosiyasi məsələlər qızılın qiymət artımına bir az da əlavə stimul verir:
“Qızılın unsiyasının 2800-3000 dollar olması çoxdan gözlənilirdi. Yəni 1800-2000 dollar olarkən, hətta bu gecikmiş bir qiymət artımı idi. 3-4 il ərzində İTF (electronic traded fund) vasitəsi ilə qiymət artımını saxlamışdılar. Gecikmə nəticəsində sonrakı qiymət artımı daha sürətli oldu. Qızıl 4 ildə gedəcəyi yolu 5-6 ayda getdi.
Bunun ardınca geosiyasi məsələlər, dövlətlərin qızıla tələbin artması, kağız pullara inamın tədricən azalması, Rusiya-Ukrayna müharibəsi kimi faktorlar qızılın qiymət artımına bir az da əlavə stimul verdi.
Bütün bunların ardınca bütün texniki göstəricilər 2800-3000 dolları normal göstərdiyi halda, Tramp ortaya tarif məsələsini qoydu və artıq aydın oldu ki, ABŞ-nin özündə də iqtisadi məsələlərdə müəyyən problemlər var və Amerika bunu düzəltmək üçün təcili olaraq, ciddi və kəskin addımlar atamağa məcburdur. Lakin bu addımların nə dərəcədə effektiv olub-olmayacağı sual altındadır”.
Ekspert qeyd edib ki, hazırda qızıl üzrə çox ciddi bir elastik tələb formalaşıb:
“Hər bir halda bunların özü də qlobal iqtisadiyyat üçün müəyyən risk formalaşdırır. Qızılın üzərinə bu risk də gəlmiş oldu. Yəni tələbi artırmış oldu. Hazırda qızıl üzrə çox ciddi bir elastik tələb formalaşıb.
Elastik tələb odur ki, hər hansı bir məhsula tələb artdıqca, onun qiymətinə birbaşa təsir göstərir və bu təsir getdikcə güclənir. Qızılda tələb artdıqca, qiymət artımı baş verir. Qiymət artımı baş verdikcə investorlar daha çox qızıla qaçır. İvestorlar qızıla qaçdıqca isə, yenidən tələb yaranır və qiymət artımı baş verir. Yəni hazırda qızılla bağlı konkret olaraq, belə bir vəziyyət formalaşıb. Ona görə də, qızılın artımı iqtisadi göstəricilər baxımından real sayılır. Çünki get-gedə risklər artır.
Ümumən 3500 dollar gözlənilməz və şok rəqəm deyildi. Bu qədər geosiyasi riskləri nəzərə aldıqda 3500 dollar normal rəqəmdir. Amma bir məsələ var, bu qədər kəskin artımın texniki olaraq, geri qayıtmaması özü müəyyən dərəcədə investorları narahat etməyə başlayır. Hər bir halda görünən odur ki, risklər və tələb yüksəkdir. Ona görə də qızılın artımı davam edəcək”.
Xatırladaq ki, qızılın qiyməti 4,59 % artaraq unsiya üçün 3 500,1 dollara çatıb. Bununla da qızıl fyuçersinin qiyməti troya unsiyası üçün 3 500 dollar səviyyəsini keçərək tarixi maksimumu yeniləyib.
23 Aprel 2025
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ