Onlayn ictimai-siyasi qəzet
Filippinin cənubundakı Mindanao bölgəsinin sahillərində rixter cədvəli üzrə 6,2 bal gücündə zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat paylaşıb. Məlumata görə, zəlzələnin episentri Pondaguitan sahillərindən 269 kilometr aralıda, Şimali Sulavesi əyalətindəki Talaud adaları yaxınlığında yerləşib. Episentri yerin 117 kilometr dərinlikdə qeydə alınan zəlzələdə hələlik tələfat və dağıntı barədə məlumat daxil olmayıb. Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Qeyd edək ki, Sakit Okeanında yerləşən Filippin dünyada ən yüksək seysmik aktivliyə malik ölkələr arasındadır.
23 Aprel 2025
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ