İnsanlara hürriyət, millətlərə istiqlal!

Ya balını aşağı yazır, ya da elə çətin suallar verib kəsirlər - Fazil Mustafa elə məsələlərdən danışdı ki...

Milli Məclisin iclasında çıxış edən Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında fikirlərini bölüşüb.

Musavat.com-un məlumatına görə, deputat deyib ki, Hesablama Palatasında dövlət qulluğuna qəbulla bağlı prosedur şəffaf keçirilir: “Mən düşünürəm ki, bunun digər orqanlara da tətbiq edilməsi vacibdir. Çünki hər bir qurumun əsas işi peşəkarlıq səviyyəsi ilə, orada dövlət qulluğunda olan insanların öz vəzifə məsuliyyətini dərk etməsi ilə bağlıdır. Son vaxtlar başqa sahələrdən bizə gələn şikayətlər göstərir ki, həm müsabiqənin müsahibə mərhələsində, həm də ehtiyat kadrların təyinat mərhələsində çatışmazlıqlar var”. Komitə sədri qeyd edib ki, çox vaxt bu müsahibələr formal xarakter daşıyır: “Burada da kökdə dayanan əsas məsələ müqaviləli işçi himayədarlığı problemidir. Bu orqan rəhbərlərinin belə qanunsuz cəhdinin arxasında əsas məqsəd həmin saxta, qeyri-leqal yollarla, xüsusi tanış və tapşırıqla vəzifələri ələ keçirən müqaviləli şəxsləri saxlamaqdır. Təsəvvür edin, adam ən yüksək balla müsabiqədə qalib gəlir və müsahibədə müqaviləli şəxslərə uduzurlar. Ya balını aşağı yazır, ya da elə çətin suallar verib kəsirlər. Ömrünü-gününü dövlət qulluğunda yer almağa sərf edən şəxs bu mərhələni aşa bilmir. Bunun kökündə dayanan əsas məsələ müqaviləli işçi Hesablama Palatası özünün təsdiq etdiyi bu meyarları, prinsipləri təbliğ etməlidir ki, başqa qurumlar da buna əməl etsin. Milli Məclisdə də bu şəffaflıq təmin edildiyinə görə kifayət qədər keyfiyyətli kadrlar Aparatda təmsil oluna bildilər”.

F.Mustafa məsələ ilə bağlı təkliflərini də səslənirdi: “Mən təklif edirəm ki, maraqlı orqanın təmsilçiləri komissiyadan çıxarılmalıdır, buraya tamamilə neytral insnalar cəlb edilməlidir. Ehtiyat kadrların təyinatı məsələsində də iki illik müddət bir də nəzərdən keçirilməlidir. Adamı ehtiyata salırlar, sonra iki il iş də vermirlər, yaxşı olardı ki, bu səlahiyyət DİM-ə verilsin, vakant yerlər olduqda müvafiq dövlət qurumuna göndərilsin”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR