Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Van şəhərində ağır yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə Gürpınar rayonunda qeydə alınıb. Qəza nəticəsində yeddi nəfər ölüb, 12 nəfər yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Məlumata görə, yaralananlardan dördünün durumu ağırdır.
Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
23 Aprel 2025
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ