İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə çaxnaşma: Araikdən mühüm ETİRAF: “Bakıya təslim oluruq” – Ədalət Verdiyevlə CANLI

Xankəndidə separatçı rejimin “başçısı” Araik Arutyunyan təslim olmaqdan başqa yolun qalmadığını hesab edir. Bu barədə “Hraparak” nəşri yazıb. Nəşr yazır ki, Araik son həftələrdə “siyasətçilər”, “ziyalılar”, eləcə də digər “siyasi qruplar” və “ictimaiyyət nümayəndələri” ilə intensiv görüşlər keçirir.

“Mənbələrimizdən əldə etdiyimiz məlumata görə, Araik bütün görüşlərdə vəziyyətin çətin olduğunu deyir, təslim olmaq haqda danışır və gələcəyin qeyri-müəyyənliyindən bəhs edir. Araikin keçirdiyi görüşlərdən sonra Xankəndidə ciddi çaxnaşma yaranıb, artıq çoxları üçün Qarabağda qalmaq mənasızdır”, - nəşr qeyd edir.
Qeyd edək ki, rəsmi Bakı separatçılara təslim olacaqları təqdirdə amnistiyaya düşə biləcəkləri ilə bağlı təklif irəli sürüb.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR