İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə Babayan-Vardanyan qarşıdurması: Azərbaycanla danışmalıyıq

Qarabağdakı erməni quldur rejiminin saxta “parlament sədri” vəzifəsinə daşnakın “təyin olunması” daxili gərginliyi artırıb.

İrredentistlərin qurama “təhlükəsizlik şurasının keçmiş rəhbəri” Samvel Babayan buna etirazını bildirib.

“Bu gün biz Azərbaycanla danışıqlar masası arxasına oturmağa çalışırıq və belə bir məqamda hakimiyyətdə ikinci şəxsin daşnaklar olmasını düzgün hesab etmirik. Biz bunun yanlış olduğuna inanırıq və bu qərarlarla razılaşmırıq. Ona görə də biz əleyhinə səs verdik, düzgün də etdik... Baş verənlər sabitliyə tamamilə ziddir, gərginliyə səbəb olur”, - deyə Babayan bildirib.

“Daşnaksütyun Erməni İnqilabi Federasiyası”nın müxalifət fraksiyasının “deputatı” olan İşxanyanın bu vəzifəyə təyin edilməsini “müvəqqəti hakimiyyət”, o cümlədən Kremlin himayədarı Ruben Vardanyan dəstəkləyib. Yalnız Babayanın fraksiyasında bütün “deputatlar” bunun əleyhinə səs verib.

Müasir “Daşnaksütyun” partiyası eyniadlı tarixi partiyanın hüquqi varisidir. 1918-1920-ci illərdə müasir Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan və Qırğızıstan ərazilərində türk əhalisinə qarşı kütləvi etnik təmizləmə siyasəti apararaq. (Ölkə.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR