Onlayn ictimai-siyasi qəzet
Rusiyanın kütləvi hava hücumuna məruz qalan Ukrayna Moskvaya dron hücumu həyata keçirib.
Musavat.com xəbər verir ki, Moskva meri Sergey Sobyanin Telegram kanalında şəhərə hücum edən 10 PUA-nın vurulduğuna dair məlumat yayıb.
Sobyanin bildirib ki, dağıntıların olduğu yerlərdə təcili yardım mütəxəssisləri işləyir.
Mer bundan əvvəl məlumat vermişdi ki, Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan 9 pilotsuz təyyarəni məhv edib.
Saratov əyalətindəki Engels şəhərində Ukrayna hərbi sənaye müəssisəsini vurub. Əyalət qubernatoru Roman Busarginin yaydığı məlumata görə, zərbə nəticəsində müəssisədə güclü yanğın başlayıb, onun söndürülməsinə xüsusi qüvvələr cəlb olunub.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ