İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə asılan Azərbaycan bayrağı... - ermənilərin FACİƏSİ

“Xankəndidə Azərbaycan bayrağının qaldırılması bütün ermənilərin faciəsi oldu”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Alternativ layihələr qrupu” təşkilatının həmtəsisçisi, politoloq Vahe Ovannisyan öz məqaləsində yazıb.

“Ümumiyyətlə, bu bayraq evlərimizin, kilsələrimizin üstündə, bir sözlə, hər yerdə qaldırılıb. Bu isə İrəvanda ləyaqətsizliyin bayrağı endirilənə qədər davam edəcək”, - deyə erməni ekspert bildirib.

“Qarabağı itirdikdən sonra İrəvanda hökumətin dəyişməməsi normal deyil, istefa verən bir məmur belə yoxdur. Hazırda dünyada belə ikinci dövlət və ikinci xalq yoxdur. Bizi utancın hakimiyyəti idarə edir və vəzifəmiz hər cür şəkildə ondan ayrılmaqdır”, - deyə Ovannisyan qeyd edib.

Musavat.om

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR