İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalqımızın 30 il əvvəlki seçimi dövlətimizin qüdrətinin əsasını təşkil etdi

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının ən ağır günlərində hakimiyyətə gələrək ölkəmizin dağılmaq təhlükəsini aradan qaldırdı.

Uzun illər davam edən hərc-mərclik, idarəedicilərin səriştəsizliyi nəticəsində dövlətimiz uçurumun tam kənarında idi. Xalq hakimiyyətdən ümidini üzmüş, hakimiyyətdəkilər isə öz mənafelərini ümummilli mənafelərdən üstün tutaraq öz ambisiyalarının əsirinə çevrilmişdilər. İqtidardakıların cəmiyyəti deqradasiyaya uğratmaq üçün bütün güclərini səfərbər etdiyi bir zamanda Ermənistanın ölkəmizə təcavüzü artmış, yüz minlərlə həmvətənlilərimiz öz dədə-baba yurdlarını tərk etməyə məcbur olmuşdular. Hakimiyyət uğrunda gedən mübarizədə bir-birini əvəz edən səriştəsiz rəhbərlərin yarıtmaz siyasəti nəticəsində Azərbaycan tarixinin ən ağır günlərini yaşamaqda idi. Baş verən özbaşınalıqlar, xaotik ictimai-siyasi durum Ermənistanın təcavüzü və digər ağır hadisələrin yaşandığı bir zaman kəsiyi ölkəmizii parçalanmanın astanasına gətirmişdi.
Cənubdan şimaldan artan separatçılıq cəhdləri getdikcə kəskinləşir və qarşıdurmanı, parçalanmanı qaçılmaz edirdi.

HEYDER SON.jpg (33 KB)

Hakimiyyətdəkilər isə baş verənlərə ümumiyyətlə reaksiya vermir, hər addımda daha yalnış bir qərar qəbul edərək ölkənin süqutunu tezləşdirirdilər. Vəzirov-Mütəllibov rejimi, Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən daxili və xarici düşmənlərlə yaradılmış birbaşa təmaslar cəmi 2 yaşı olan gənc dövlətin sonunu gətirirdi. Xalqın belə ağır günlər yaşadığı bir dövrdə Azərbaycanı özü qədər sevən ümumilli lider Heydər Əliyev xilaskar missiyanı öz üzərinə götürdü. Xalqımız onu hakimiyyətə dəvət etdi və növbəti dəfə Azərbaycanı ağır günlərdən çıxarmaq və inkişaf yoluna qədəm qoyması kimi bir missiyanı ona həvalə etdi. Vətənini hər şeydən çox sevən Heydər Əliyev xalqını bu ağır günlərdə yalnız buraxmadı, onun təkidli tələbini qəbul etdi. Azərbaycan xalqı da ulu öndərin bu gün olduğu kimi həmin gündə də ideyalarına sahib çıxdı. 1993-cü ilin 3 oktyabr tarixində elan edilmiş prezident seçkilərində qədir bilən Azərbaycan xalqı Heydər Əliyevə etimad göstərərək böyük səs çoxluğu ilə onu prezident seçdilər. Məhz 3 oktyabr tarixində Azərbaycan xalqının iradəsinin ifadəsi olan seçkilərdə xalq həm öz liderini seçdi, həm də tarixin bu anında öz xilaskarını müəyyən etdi. Prezident seçkiləri nəticəsində dövlətimizin süqutunun qarşısının alındı və seçkilərdən 7 gün sonra Azərbaycan xalqının qarşısında and içərək vəzifə səlahiyyətlərinin icrasına başlayan Ulu Öndərin bu addımı ilə ölkəmiz aydınlığa qədəm qoydu.

HEYDER SONN.jpg (37 KB)

Ümummilli Lider Heydər Əliyev andiçmə mərasimindəki nitqində bildirdi ki: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Ulu Öndər ömrünün sonuna qədər bu anda sadiq qalaraq, xalqının qarşısında götürmüş olduğu öhdəliyə dönmədən riayət etdi.

Bizim üçün olduqca vacib olan tarixi dönüş nöqtəsində Ümummilli liderin ilk atdığı addımlardan biri ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edilməsi oldu. Məhz həmin an üçün gündəlikdəki ilk prioritet məsələ baş verən qarşıdurmaların, hakimiyyətdaxili mübarizənin qarşısını almaq idi. Məhz bütün faktorlarda bu hadisələrdən asılı idi, Ermənistana öz təcavüzkar siyasətini də uğurla həyata keçirməsinə imkan verəndə belə hadisələr idi. Məhz 1991-1993-cü illər arasında hakimiyyətdə olanların səriştəsizliyi torpaqlarımızın işğalı ilə bərabər, Xocalı soyqırımını, Şuşa və Laçın hadisələrini özü ilə bərabər gətirmişdi. Nəticə etibarı ilə isə xalq olaraq ən ağır günləri keçirtməyə məcbur olmuşduq. 1993-cü ilin oktyabr ayında isə xalqın ümidləri yenidən dirçəldi və məhz andiçmə nitqindən sonra Prezident Heydər Əliyevin bütün sahələrdəki uğurlu islahatlarının şahidi olduq. İctimai-siyasi sabitliyi təmin etməklə bərabər, düşmənin işğalçı siyasətini dayandırdı və nizami ordu yaradılması istiqamətində əməlli addımlar atıldı. Sabitliyi təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən müxtəlif silahlı qruplar zərərsizləşdirdi, günahkarlar cəzalandırılaraq ədalət bərpa edildi.

Hüquqi dövlətin yaradılması uğrunda gərgin iş aparan Ulu öndər yeni qanunların qəbul edilməsi təşəbbüsü ilə çıxış etdi.
Ölkədə baş verə biləcək bütün cinayətlərin qarşısının alınması istiqamətində tapşırıqlar verərək, daxildə təhlükəsizliyi tam təmin etdi. Ümummilli lider öz çıxışlarında dövlət üçün ən vacib əlamətlərdən biri olan ədalət fenomeninə toxunaraq bildirirdi ki, dövlət “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” məhz bu sözlər məhkəmə hüquq sahəsində aparılan islahatların əsas hərəkətverici qüvvəsinə çevrildi. Ölkədəki sabitlik bərqərar olunduqdan və düşmənin hücumu dayandırıldıqdan sonra ölkəmiz üçün prioritet olan növbəti vacib məsələ Azərbaycanın inkişafı idi.

HEYDER YENİ.jpg (297 KB)

Bu məqsədlə də Ulu öndər xarici bazara çıxışı asanlaşdırmaq, ölkəmizə investisiya cəlb etmək məqsəd ilə xarici ölkələrlə işgüzar əlaqələr quruldu. Ölkəmizin xarici bazara çıxış etməsi, investorların ölkəmizə cəlb edilməsində əsas məqsəd vətəndaşların rifah halının yüksəldilməsi dururdu. Olduqca çətin dövrlərdən keçən ölkəmiz, yüz minlərlə məcburi köçkünlərin evsiz qalması və müxtəlif problemlərin yeganə həlli yalnız sabitliyi təmin etməkdə və xalqın rifahını yüksəltməkdə görən Ulu Öndər bu istiqamətdə bütün addımları atırdı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmiz öz vacibliyini dünyaya nümayiş etdirdi, xarici investor və bu sahədə maraqlı olan dövlətlər Azərbaycanın yanında olmasını açıq-aşkar şəkildə bəyan etdilər. Bununla da dahi lider xarici siyasət sahəsində Qərbyönümlü diplomatiyanın əsasını qoydu. Bu siyasətin uğurlarını daha sonra qısa zaman kəsiyində görməyə başladıq. Belə ki, Ulu Öndərin bütün beynəlxalq tribunalardan Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti, Azərbaycan torpaqlarının işğalı ilə bağlı verdiyi tam, hərtərəfli məlumatlar artıq xarici ölkələrin, beynəlxalq təşkilatların diqqətini çəkmişdir. Ermənistanın işğalını pisləyən və Azərbaycan ərazilərini tərk etməyi tələb edən müxtəlif bəyanatların və qətnamələrin əsasını xarici siyasətdəki göstərilən uğurlar təşkil edirdi. Belə ki, 1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti zirvə toplantısı keçirildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edildi. Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi.

Məhz belə taleyüklü məsələlərin həllində Azərbaycan gəncliyini unutmayan Ulu öndər tez-tez gənclərlə görüşür, onları ictimai-siyasi həyatda fəal iştiraka dəvət edirdi. Müasir Azərbaycan gənclər siyasətinin əsasını qoyaraq, gənclərimizin elm, bilik əldə etməsinin vacibliyindən bəhs edər, müxtəlif bacarıqların inkişafına dövlətimiz tərəfindən tam dəstək olunması üçün bütün addımları atardı. Dünyada ilk dövlətlərdən biri olaraq Azərbaycan Ümummilli lider Heydər Əliyevin təşəbbüsü 1996-cı ilin 2 fevral tairixində Gənclər Forumu keçirməklə, belə tədbir edən ilk ölkələrdən biri oldu. Gənclərimizə həsr edilmiş bu Forumda həm də Azərbaycan gənclər siyasətinin əsas cizgiləri müəyyən edildi.

Ulu Öndər çıxışında “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.” Deyərək, gənclərimizin milli-mənəvi dəyərlərimizə bağlı olaraq yetişməsindən və gənclərimizin dövlətə verdiyi böyük dəstəyə toxundu. Daha sonra “Gənclər günü” nün təsis edilməsi ölkəmizdə gənclər siyasətinə verilən yüksək dəstəyin nümunəsi oldu.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyaları altında yetişmiş Azərbaycan gəncliyi də öz növbəsində üzərinə düşən tarixi missiyanın öhdəsindən Vətən müharibəsində ləyaqətlə gəldi. Məhz Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun tərkibində ön cəbhədə döyüşdü, eləcə də informasiya müharibəsində gərgin əmək sərf etdi. Nəticə də, tarixi Azərbaycan torpaqları düşmən işğalından azad edilərək, suverenliyimiz bərqərar edildi. Bu gün üçrəngli Azərbaycan bayrağı Vətən göylərində böyük məğrurluqla dalğalanır.

İLHAM ESGER.jpg (246 KB)

Azərbaycan öz ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar və 30 ilə yaxın müddətdə işğalda qalmış torpaqlarını düşməndən azad etmiş qalib dövlətdir. Ölkəmiz qüdrətini dünyaya nümayiş etdirərək, yalnız regionun deyil eləcə də, dünyanın ən güclü dövlətlərdən biri olmasını təsdiq edib. Məhz ulu öndərin əsasını qoyduğu və görmək istədiyi qüdrətli Azərbaycan bugünküdür.

ADİL SON.jpg (79 KB)

Adil Əliyev, Milli Məclis sədrinin müavini

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR