İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın göbəyində SKANDAL görüntü: Nasist bayraqları... - FOTO

İsveçin paytaxtı Stokholmun Essingeleden bölgəsində yerləşən avtomobil yolu girişinə Adolf Hitlerin doğum günü – 20 aprel tarixində naməlum şəxslər tərəfindən üzərində qamalı xaç olan 3 nasist bayrağı asılıb.

Stokholm Polis İdarəsinin mətbuat katibi Mats Eriksson verdiyi açıqlamada hadisə ilə bağlı bir çox vətəndaşın hüquq-mühafizə orqanlarına müraciət etdiyini və məsələ ilə bağlı nifrət cinayəti üzrə istintaqa başlandığını bildirib.

Eriksson bu cür halların İsveçdə yaşanmasının qəbuledilməz olduğunu vurğulayaraq, sözügedən yol girişində yerləşən qayalıq ərazilərdə tez-tez siyasi mesajlı plakatlarla qarşılaşdıqlarını qeyd edib.

“Xüsusilə aktivistlər burada yol sıx olduğu üçün siyasi mesajlar paylaşmağa üstünlük verirlər. Bu dəfəki paylaşım isə heç də xoş deyil,” – deyə Eriksson əlavə edib.

O, bayraqların çox güman ki, 20 aprel – nasist lideri Adolf Hitlerin doğum günü münasibətilə asıldığını bildirib./Yenisabah.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR