Onlayn ictimai-siyasi qəzet
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi UFC turniri ilə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Bakıdakı turnirdə döyüşəcək Tagir Ulanbekovun məşqçisi olan 36 yaşlı rusiyalı idmançı bu barədə sosial şəbəkə hesabında məlumat verib..
"Qonaqpərvər Azərbaycana Tagir Ulanbekov ilə birlikdə gələcəyik. Yalnız qələbə", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, UFC turniri iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq.
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ