İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu rayonda güclü partlayış - fövqəladə vəziyyət elan edildi

Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunda güclü partlayış qeydə alınıb və nəticədə ərazidə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Musavat.com xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi rəsmi şəkildə yayıb.

Vilayət qubernatoru Aleksandr Avdeyev “Telegram” kanalında bildirib ki, partlayış baş verən əraziyə operativ xidmətlər cəlb olunub və hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Hazırda Barsovo və Mirnıy qəsəbələrinin əhalisi təhlükəsizlik məqsədilə təxliyə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR