İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xainin burnunu qırmışam" - Ermənistan "qəhrəmanı"nı təhqir edən şəxs

Aprelin 14-də Ermənistanın "milli qəhrəmanı" Leonid Azqaldiyanın İrəvandakı abidəsinin təhqir olunmasının təfərrüatları bəlli olub. AzVision.az xəbər verir ki, yerli media təxribatı törədənin artıq saxlanıldığını yazıb.

Bu günlərdə "Qarabağ qəhrəmanı" Leonid Azqaldiyanın abidəsinin ön tərəfinin bir hissəsi çəkiclə zədələnən büstün burnu sındırılıd. Polisin istintaq idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədənin şəxsiyyəti müəyyən edilib. İrəvanın Maştots prospektində yaşayan 58 yaşlı kişi polis idarəsinə aparılaraq ifadə verib. O artıq həbs edilib", -məqalədə yazılıb.

Müəllif qeyd edir ki, büstün burnunu qıran şəxs bu gün redaksiyaya gələrək nə üçün belə əməl törətdiyini izah edib.

“O "Leonid Azqaldiyanın burnunu satqın olduğu üçün sındırdım" deyib. Həmçinin qeyd edib ki, Azqaldiyan satqın olması səbəbindən öldürülüb. Əgər o və onun kimiləri burnunu ora -bura soxmasaydılar, belə müharibə olmazdı. "Qəhrəman" həm də 2020-ci ildəki 5000 itkiyə görə də günahkardır. Millətimizin, vətənin xaini idi. Bilirsiniz onu kim öldürdü? Dostları”. İstintaq komitəsindən isə bizə bildirdilər ki, İrəvan sakini Karen Xaçatryan yaşadığı ərazini tərk etməməsi ilə bağlı yazılı öhdəlik götürüldüyü üçün sərbəst buraxılıb, iş araşdırılır", - məqalədə yazılıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR