İnsanlara hürriyət, millətlərə istiqlal!

Xain çevriliş cəhdi- 15 iyul 2016-cı il! Ərdoğanın sözçüsü məqalə yazdı


Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Prof. Dr. Fahrettin Altun 15 iyul Demokratiya və Milli Birlik Günü münasibəti ilə “Xain çevriliş cəhdi: 15 iyul 2016-cı il” başlıqlı bir məqalə qələmə alıb.

F. Altun məqalədə “2016-cı il iyulun 15-nə keçən gecə Türkiyədə demokratik yolla seçilmiş hökuməti devirmək məqsədi ilə xain çevriliş cəhdi həyata keçirildi. Fətullahçı Terror Təşkilatının (FETÖ) həyata keçirdiyi çevriliş cəhdi İstanbulda körpülərin bağlanması və tankların küçələrə çıxması ilə başladı.

Başda Türkiyə Böyük Millət Məclisi (TBMM), Prezident Sarayı və Ankara şəhər Baş Polis İdarəsi olmaqla bir çox dövlət qurumları bombalandı. Tezliklə hadisənin individual bir hadisə deyil, koordinasiyalı hücum olduğu məlum oldu.

FETÖ-nün çevriliş dəstələri prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana sui-qəsd məqsədi ilə hücum həyata keçirdilər. Prezidentimizin yerli televiziyada yayımlanan çağırışı ilə xalqımız öz demokratiyasını müdafiə etmək üçün meydanlara çıxdı. Milyonlarla vətəndaşımız gecə boyu çevrilişçi terror təşkilatına qarşı mübarizə apardı”, - deyə vurğulayıb.

O, qeyd edib ki, iyulun 16-da səhər saatlarında Türkiyə Silahlı Qüvvələrinin, Baş Polis İdarəsinin və öz demokratiyasını müdafiə edən millətin səyləri ilə xain çevriliş cəhdinin qarşısı alınıb və çevrilişçilər ələ keçirilib.

“Hərbçi və mülki olmaqla ümumilikdə 252 şəhid verdik, 2740 qazimiz oldu. 15 iyul gecəsi Xüsusi Təyinatlı Qüvvələr Komandanlığını qorumaq üçün həyatı bahasına müqavimət göstərən və çevrilişin beyin komandasına daxil olan generalı zərərsizləşdirən şəhid Ömər Halisdemir kimi qəhrəmanlar çevrilişçilərə qarşı sədd oldular. Vətəndaşlarımız bağlanan Boğaziçi körpüsündə onları öldürməyə cəhd edən çevrilişçiləri şəhid olmaq bahasına zərərsizləşdirə bildi. Bu, xalqımızın birliyinin və qətiyyətinin sınaqdan keçirildiyi tarixi məqamlardan biridir.

Türkiyə hökuməti çevriliş cəhdinin ilk anlarından asayişin bərpası və günahkarların məsuliyyətə cəlb edilməsi üçün hərəkətə keçdi. Bu prosesdə prezidentimiz və dövlət rəsmilərinin verdiyi açıqlamalarda çevriliş cəhdinin Türkiyə Silahlı Qüvvələrinə sızmış qanunsuz qruplaşma tərəfindən həyata keçirildiyi qeyd edildi.

Çevriliş cəhdinin arxasında FETÖ-nün olduğu dəqiqləşdi. Təşkilatın ABŞ-də məskunlaşan rəhbərinin dövlətin daxilindəki paralel strukturu ilə bu xəyanətkar əməli həyata keçirdiyi məlum oldu.

Əldə edilən zəfər təkcə Türkiyənin deyil, bütün dünyanın demokratiya tarixində ən şərəfli müqavimətlərdən biri kimi qeydə alındı.

Bu gün də mübarizəsini davam etdirən Türkiyə xüsusilə xaricə qaçan FETÖ fərrariləri və liderlərinin təhvil verilməsi ilə bağlı dost və müttəfiq ölkələrdən həmrəylik gözləyir. Beynəlxalq aləmdə bir çox ölkələr Türkiyəyə dəstək və həmrəylik nümayiş etdirsə də, müttəfiqimiz olan bəzi dövlətlərin çevriliş cəhdinə reaksiyası adekvat olmadı.

Sözü gedən ölkələrin mətbuatında çevriliş cəhdinin işıqlandırılma forması Türkiyəni qane etməkdən uzaq idi. Beynəlxalq miqyasda məsuliyyət daşıyan Qərb media orqanları 15 iyul gecəsi baş verənləri bəsitləşdirməyə çalışdı. Ölkəmizin demokratiyasını hədəfə alan qanlı çevriliş cəhdini “iki tərəf arasında münaqişə” kimi uğursuz bir ifadə ilə işıqlandırdılar.

15 iyul xain çevriliş cəhdindən sonra Pensilvaniya ştatında məskunlaşmış terror təşkilatı liderinin ekstradisiyası üçün bir çox cəhdlər edilsə də, müttəfiqimiz ABŞ-dən bu məsələ ilə bağlı müsbət cavab verilmədi. Demokratiyamız üçün təhlükənin olduğu bir vəziyyətdə göstərilən bu münasibət təəssüf doğurdu.

FETÖ-nün müttəfiq ölkələrimiz də daxil olmaqla bir çox fərqli coğrafiyada fəaliyyətini davam etdirdiyinin fərqindəyik. Tək Türkiyənin deyil, sərhədləri daxilində mövcud olduğu bütün dövlətlərin təhlükəsizliyini təhdid edən bu terror təşkilatına qarşı hər sahədə mübarizəmizi davam etdirəcəyik.

Xain çevriliş cəhdindən sonra demokratik təsisatlarını daha da gücləndirən bir ölkə olaraq vətəndaşlarımızın həyatını və ölkəmizin müstəqilliyini təhdid edən terror təşkilatına qarşı mübarizəmiz hər sahədə davam edəcək.

O qanlı gecədə canlarını fəda edən vətəndaşlarımızın xatirəsini Türkiyənin istiqlalını və istiqbalını qoruyaraq ehtiramla anmağa davam edəcəyik”, - Altun bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR