Onlayn ictimai-siyasi qəzet
Xaçmazda evə sərxoş gələn qayınata gəlinini döyüb.
Hadisə rayonun Yeni-Sudur kəndində baş verib.
Kənd sakini, 1962-ci il təvəllüdlü Cəfər Məmmədov axşam saatlarında spirtli içki qəbul edərək evinə gəlib. O, evdə yenidən spirtli içki qəbul edib və gəlininə paltarlarını təmizləməyi əmr edib. Gəlin isə onun içkili vəziyyətdə evə gəlməməsini tapşırıb və onu evdən çıxarmaq istəyib. Nəticədə aralarında yaranmış münaqişə nəticəsində C.Məmmədov gəlinini döyərək ona xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib./oxu.az
24 May 2025
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ