Onlayn ictimai-siyasi qəzet
Xaçmaz rayonunun Nərəcan kəndində yol-nəqliyyat hadisəsi olub.
"Report"un Şimal bürosunun məlumatına görə, "VAZ-2107" və "Kamaz" markalı avtomobillərin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Ədilov Azər Yadulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
A.Ədilovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ