İnsanlara hürriyət, millətlərə istiqlal!

Boşanmaq istəyən həyat yoldaşına əsəbiləşib vaqonu yandırdı - ANBAAN VİDEO

Cənubi Koreyanın paytaxtı Seulda bir kişi boşanma zamanı yaşadığı stress və qəzəbdən özünü itirərək metroda vaqonda yanğın törədib.

Musavat.com xəbər verir ki, hadisə mayın 31-i səhər saatlarında baş verib.

67 yaşlı şübhəli bel çantasındakı benzini yerə tökərək qatarın döşəməsini yandırıb. Yanğın qısa zamanda vaqonun hər yerini bürüyüb, qara tüstü ilə dolan qatar sərnişinləri təşvişə salıb. Hətta bəzi sərnişinlər qaçarkən yerə yıxılıb. Qatar Han çayının altındakı tunel hissəsində hərəkət edərkən baş verib.

Hadisə zamanı 22 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb, 129 nəfərə isə yerində tibbi yardım göstərilib. Sərnişinlərin sürətli təxliyəsi və bir-birinə kömək etməsi daha böyük fəlakətin qarşısını alıb.

Polis şübhəli şəxsin bir müddət əvvəl boşandığını və psixoloji gərginlik yaşadığını bildirib. Hazırda o, “qəsdən adam öldürməyə cəhd”, “ictimai nəqliyyatda yanğın törətmək” və “dəmir yolu təhlükəsizliyi qaydalarını pozmaq” maddələri ilə mühakimə olunur.

Hadisədən sonra Seulun 5 nömrəli metro xətti müvəqqəti bağlanıb. Rəsmi qurumlar qatarlarda təhlükəsizlik tədbirlərinin yenidən gözdən keçiriləcəyini açıqlayıb. Yerli əhali belə faciələrin təkrarlanmaması üçün daha sərt nəzarət və psixoloji dəstək sistemlərinin yaradılmasını tələb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR