İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda gərginlik zirvədə – Arxiyepiskopa qarşı cinayət işi böyüyür-VİDEO

Arxiyepiskop Mikael Acapaxyanın saxlanılması barədə qərar qəbul edilib.

Musavat.com xəbər verir ki, bu barədə vəkil Ara Zoğrabyan Eçmiədzin Baş iqamətgahının həyətində ruhanilər qarşısında açıqlama verib.

Onun sözlərinə görə, arxiyepiskop Ermənistan İstintaq Komitəsinə getməlidir. Bundan sonra məhkəməyə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət təqdim olunacaq.

Vəkil bildirib ki, cinayət işinin səbəbi Acapaxyanın 2024-cü ilin fevralında verdiyi müsahibə olub. İstintaqın versiyasına görə, həmin müsahibədə hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun devrilməsinə çağırışlar səsləndirilib.

Ara Zoğrabyan vurğulayıb ki, arxiyepiskopu müdafiə etmək üçün bütün hüquqi imkanlardan istifadə edəcək. Onun fikrincə, bu cinayət işi hakimiyyətin kilsəyə qarşı apardığı kampaniyanın bir hissəsidir.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR