İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçikyandan “Zəngəzur dəhlizi” AÇIQLAMASI

“İran Türkiyə və Azərbaycanın Ermənistana olan iştahını saxlayan yeganə ölkədir, lakin Donald Trampın ABŞ prezidentliyinə qayıtmasından sonra hücuma məruz qalacağı təqdirdə bu rolu yerinə yetirə bilməyəcək”.

Musavat.com xəbər verir ki, bu fikir yerli politoloq Artur Xaçikyan tərəfindən səslənib.

Onun fikrincə, belə bir vəziyyət Ermənistanın düşmənlərinə təzyiq göstərmək və hətta hərbi yolla “Zəngəzur dəhlizi” adlanan yeri açmağa cəhd etmək imkanı yaradacaq.

“Bunun fonunda Ermənistan hakimiyyəti güzəştə getməyə və erməniləri uçuruma aparmağa davam edir. Türkiyə və Azərbaycan lobbiləri Trampın yeni administrasiyası ilə çox fəal işləyirlər və bunun fonunda Ermənistanda bu cür işləri görə biləcək peşəkar kadrlar yoxdur. Bundan əlavə, diaspor nümayəndələri Ermənistanın Tramp üçün heç bir hərbi-strateji əhəmiyyətinin olmadığını bildirirlər. ABŞ-ın birinci müttəfiqi Azərbaycanla ittifaqda olan İsrail, ikincisi isə kürdləri təslim edəcəyi Türkiyədir”, - deyə erməni ekspert əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR