İnsanlara hürriyət, millətlərə istiqlal!

WSJ: ABŞ "Grey Eagle" pilotsuz təyyarələrini Ukraynaya verməmək qərarına gəlib

 

ABŞ prezidenti Co Baydenin administrasiyası Kiyevin dəfələrlə müraciətinə və 17 konqresmenin məktubuna baxmayaraq, müasir "Grey Eagle" MQ-1C” hücum dronlarını Ukraynaya verməmək qərarına gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Verilən informasiyaya görə, Pentaqon bu tədarükün münaqişəni gərginləşdirə biləcəyindən çəkinib. Onların fikrincə, bu ABŞ Kiyevə Rusiya ərazisinə zərbələr endirməyə qadir silahlar verməsi kimi başa düşülə bilər. Bundan əlavə, Vaşinqtonda dronların vurulacağı təqdirdə müasir texnologiyanın düşmənin əlinə keçəcəyi ilə bağlı qayğılar var.

“Grey Eagle MQ-1C”ni istehsal edən “General Atomics” şirkətinin sözçüsü qəzetə Pentaqonun qərarından xəbərdar olduqlarını təsdiqləsə də, təfərrüatları şərh etməyib.

“Grey Eagle” PUA-ları 30 saata qədər havada qalmaq və böyük miqdarda kəşfiyyat toplamaq qabliyyətinə malikdir. Daha çox “Predator” kimi tanınan bu ölüm maşınları 10 kilometrlik məsafəni vura bilən 8 ədəd “Hellfire” raketi daşıya bilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR