Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya 50 illik mübahisəyə son qoyaraq, 19-cu əsrin əvvəllərindən bəri nəzarətində olduğu Hind okeanındakı Çaqos arxipelaqının nəzarətini Mavrikiyaya vermək qərarına gəlib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iki ölkənin baş nazirləri bildiriblər.
Londonun qərarı Britaniya ilə Mavrikiy arasında arxipelaqla bağlı onilliklər davam edən gərgin danışıqlara son qoyur.
Bu adalar qrupuna daxil olan tropik Dieqo Qarsiya adasının xüsusi əhəmiyyəti var. Çünki bu ərazi ABŞ hökuməti tərəfindən donanma gəmiləri və uzaqmənzilli bombardmançı təyyarələr üçün hərbi baza kimi istifadə olunur.
Razılaşmaya əsasən, baza ən azı növbəti 99 il ərzində Britaniya və ABŞ-ın yurisdiksiyasında qalacaq.
Mavrikiy 1814-cü il Paris müqaviləsinə əsasən Çaqos arxipelaqına nəzarəti Britaniyadan qaytarmağa çalışır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ