İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan da Çini dəstəklədi: Onların sayı 5-ə çatdı

Oktyabrın 4-də Macarıstan Avropa İttifaqının Çindən gətirilən elektromobillər üçün kompensasiya tədbirlərinin tətbiqi təşəbbüsünü dəstəkləməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin ofisində beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyartoya istinadən məlumat yayıb.

Kovac X-də (keçmiş Twitter) xarici işlər nazirinin sözlərini sitat gətirib: "Macarıstan Avropa İttifaqının Çinin elektrik avtomobillərinə əlavə rüsumların tətbiqi ilə bağlı təhlükəli təklifinin əleyhinə qəti şəkildə səs verəcək". Nazir əlavə edib ki, Avropanın böyük avtomobil istehsalçıları, o cümlədən Macarıstanda fabrikləri olanlar rüsumların artırılmasına qarşıdırlar, çünki bu, Çindən cavab tədbirlərinə səbəb ola bilər. Onun sözlərinə görə, “Avropa avtomobil şirkətləri Çin tədarükçüləri ilə dərin strateji əlaqələrə malikdir və Çinə kritik bazar kimi baxırlar”.

Bundan əvvəl Euractiv portalı səsvermənin əvvəlcə sentyabrın 25-də keçirilməli olduğunu, lakin Çinlə əlavə danışıqların aparılması üçün oktyabrın 4-nə təxirə salındığını bildirmişdi. Avropa Komissiyası, xüsusilə, Çin hökumətinin bu sənayeyə verdiyi subsidiyalardan irəli gələn bazar təhriflərini tarazlaşdırmaq üçün Çin istehsalçılarına Aİ-yə satılan elektrik avtomobilləri üçün minimum qiymətlər tətbiq etməyi təklif edib.

Müvəqqəti tariflərin ləğvi üçün Aİ-nin 27 dövlətindən 15-nin nümayəndəsi AK layihəsinin təsdiqinin əleyhinə səs verməlidir. Hələlik yalnız Kipr, Malta, Macarıstan, İspaniya və Slovakiya Çinə qarşı ticarət məhdudiyyətlərini dəstəkləməyəcəklərini açıqlayıb, İsveç və Çexiya isə hələlik yekun qərar verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR