İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda daha bir sərnişin qatar yoluna DÜŞDÜ: Hərəkət DAYANDIRILDI

Bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

Musavat.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, stansiyaya təcili və təxirəsalınmaz təcili yardım xidmətinin əməkdaşları dəvət olunub.

Bundan sonra sərnişin qatar yolundan çıxarılıb. Sərnişinin vəziyyəti barədə həkimlərin rəyindən sonra məlumat veriləcək.

Artıq təmas relsinə yüksək gərginlik verilərək qatar yola salınıb.

Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub. Hazırda metronun Yaşıl və Qırmızı xətlərində hərəkət intervallarının tənzimlənməsi, qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.

***

19:10

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

Hadisə qatar stansiyaya daxil olarkən baş verib.

Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.

Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR